Xəbərlərs

25.11.2019

İngilis dili fənni üzrə elmi-metodiki seminar

25 noyabr 2019-cu il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənnindən elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 7 aprel 2019-cu il tarixində tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş bir variant üzrə tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

 

Bakı şəhəri 287 №-li Zəkalar liseyinin müəllimi Süleymanova Fatimə tapşırıqları müzakirəyə təqdim edib. 


Hər bir tapşırığın aid olduğu mövzu və statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılıb. 


Seminar iştirakçıları tapşırıqlarla bağlı fikirlərini bildiriblər. 

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. 

Növbəti seminarda (2 dekabr 2019-cu il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdəki ziddiyyətli məqamlar, uyğunsuzluqlar müzakirə ediləcək.  


Back to News