Xəbərlərs

25.11.2019

Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar

25 noyabr 2019-cu il tarixdə saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənnindən elmi metodiki seminar keçirilib.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ 2 iyun 2019-cu tarixdə ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsində istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. 

 

Azərbaycan dili fənni üzrə seminarın rəhbəri f.ü.f.d. prof. T.Hacıyev imtahanda istifadə olunmuş tapşırıqların təqdim olunması üçün Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi S.İbrahimova söz verib. 

Daha sonra S.İbrahimov buraxılış imtahanının ikinci mərhələsində istifadə olunmuş dil qaydaları üzrə bilik və bacarıqları yoxlayan qapalı tapşırıqları müzakirəyə təqdim edib. 


Müzakirələrdə Bakı şəhəri, Bakı Dövlət Universitetinin Azərbaycan Dilçilk kafedrasının baş müəllimi Təranə İsmayılova, müstəqil ekspert Hidayət Allahverdi və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər. 

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. 


Növbəti seminarda (02 dekabr 2019-cu il tarixdə, saat 13:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) tapşırıqların elmi-metodiki baxımdan təhlili davam etdiriləcək.  


Back to News