Xəbərlərs

25.11.2019

Azərbaycan dili fənni üzrə hazırlıq kursu

25 noyabr 2019-cu il tarixində Azərbaycan dili fənni üzrə hazırlıq kursunun 5-ci məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. 





Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb. Kurs iştirakçıları 

V. Məmmədova və F. Kərimli hazırladıqları ev tapşırıqlarını təqdim ediblər. Moderator və digər kurs iştirakçıları ev tapşırıqları ilə bağlı öz fikirlərini bildiriblər. Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

Növbəti məşğələ 02 dekabr 2019-cu il tarixində, saat 15:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək. 


Back to News