Xəbərlərs

26.11.2019

Kimya fənni üzrə hazırlıq kursu

26 noyabr 2019-cu il tarixində kimya fənni üzrə hazırlıq kursunun 6-cı məşğələsi keçirilib. 

 
Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. 
 
Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb. Kurs iştirakçısı P. Mayıllı hazırladığı ev tapşırığını təqdim edib. 


Moderator və digər kurs iştirakçıları tapşırıqlarla bağlı öz fikirlərini bildiriblər. 

Məşğələnin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 

Növbəti məşğələ 3 dekabr 2019-cu il tarixində, saat 09:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News