Xəbərlərs

27.11.2019

Fizika fənni üzrə hazırlıq kursu

27 noyabr 2019-cu il tarixində fizika fənni üzrə hazırlıq kursunun 7-ci məşğələsi keçirilib.
Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.


Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb. Kurs iştirakçısı Bakı şəhəri 52 nömrəli məktəbin müəlimi N. Mehdiyeva ev tapşırığını təqdim edib. 

Moderator və digər kurs iştirakçıları öz fikirlərini bildiriblər.

Məşğələnin gedişində kurs i
ştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Növbəti məşğələ 4 dekabr 2019-cu il tarixində, saat 09:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News