Xəbərlərs

27.11.2019

Fizika fənni üzrə elmi-metodiki seminar

27 noyabr 2019-cu il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların statistik göstəricilərinin müqayisəli təhlili olub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

DİM-in şöbə müdiri A. Batıyeva seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. Daha sonra f.e.d. prof. N. Əhmədov tapşırıqları müzakirəyə təqdim etmək üçün f.ü.f.d. Ə.Rəcəbliyə söz verib.
Ə. Rəcəbli 12 may 2019-cu il tarixli qəbul imtahanında IV ixtisas qrupu üzrə istifadə edilmiş tapşırıqların statistik göstəricilərini təqdim etdi. 



Müzakirələrdə AMEA-nın əməkdaşları f-r.e.n. Q. Mehdiyev, f.ü.f.d. V. Tanrıverdiyev, f-r.e.n. M. Hüseynli və b. tapşırıqlarla bağlı qeyd və təkliflərini bildiriblər.

Beləliklə, 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili başa çatdı. Təhlil zamanı bir daha təsdiq edildi ki, tapşırıqlar qəbul proqramına və dərsliklərə uyğundur. Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər isə bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (4 dekabr 2019-cu il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I və IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili aparılacaq.


Back to News