Xəbərlərs

27.11.2019

Ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar

27 noyabr 2019-cu il tarixində, saat 14:00-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat (rus bölməsi) fənnindən növbəti elmi-metodiki seminar keçirilib.  
Gündəlik məsələ 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - III ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.  

Seminarın rəhbəri filologiya elmləri doktoru Q.Hüseynov seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün V.Ələkbərovaya söz verib.  


V.Ələkbərova hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib. 
Seminarda 30 qapalı tapşırıq (A və B variantlarından 61-90 saylı) müzakirə edilib.  

 
Müzakirələrdə Bakı şəhəri 151 nömrəli tam orta məktəbin müəllimi R.İsayeva, F.Süleymanova, D.Gərayzadə və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.  

Beləliklə, 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - III ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili başa çatdı. Təhlil zamanı bir daha təsdiq edildi ki, tapşırıqlar qəbul proqramına və dərsliklərə uyğundur. Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. 

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər isə bankın təkmilləşdirilməsində nəzərə alınacaq. 


Növbəti seminarda (4 dekabr 2019-cu il tarixində, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı)
7 iyul 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - III ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq


Back to News