Xəbərlərs

28.11.2019

Biologiya fənni üzrə hazırlıq kursu

28 noyabr 2019-cu il tarixində biologiya fənni üzrə hazırlıq kursunun 7-ci məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. 

 

Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb. Kurs iştirakçıları – BDU-nun tələbələri A. Əliyeva, A. Bayramova, H. Abdullayeva və ADPU-nun magistrı H. Abdullayeva hazırladıqları ev tapşırıqlarını təqdim ediblər. 
 

Moderator və digər kurs iştirakçıları ev tapşırıqları ilə bağlı öz fikirlərini bildiriblər.

Məşğələnin gedişində kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Növbəti məşğələ 5 dekabr 2019-cu il tarixində, saat 08:30-da (ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News