Xəbərlərs

28.11.2019

Biologiya fənni üzrə elmi-metodiki seminar

28 noyabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib.
Seminarın gündəlik məsələləri:
1. 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı olub.
2. 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə görə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi olub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri b.e.n. T. Məmmədxanlı seminarı açıq elan edərək gündəlik məsələlər barədə məlumat verib və tapşırıqları müzakirəyə təqdim etmək üçün V. Balabəyova söz verib.
V. Balabəyov tapşırıqların aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib. 



Seminarda 3 tapşırıq (A variantında 28-30 saylı cavabları yazı ilə ifadə olunan situasiya tapşırıqları, B variantında 28-30 saylı) müzakirə edilib.

Beləliklə, 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili başa çatdı. Təhlil zamanı bir daha təsdiq edildi ki, tapşırıqlar qəbul proqramına və dərsliklərə uyğundur. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər isə bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Daha sonra b.e.n. F. Ağayev 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə görə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlarının izahına dair metodik tövsiyəni seminar iştirakçılarına təqdim edib.
Müzakirələrdə Bakı şəhəri 147 nömrəli Texniki-humanitar liseyin müəllimi A. Qəhrəmanova, Bakı şəhəri 191 nömrəli tam orta məktəbin müəllimi R. Əliyeva, Heydər Əliyev adına liseyin müəllimi M. Rəhmanov və b. müzakirə ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (5 dekabr 2019-cu il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 6–cı sinif üçün “Biologiya” dərsliyindəki uyğunsuzluqlara dair müzakirə aparılacaq.


Back to News