Xəbərlərs

28.11.2019

Tarix fənni üzrə elmi-metodiki seminar

28 noyabr 2019-cu il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ builki imtahanlarda abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyənin müzakirəsi olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Heydər Əliyev adına liseyin müəllimi Hafiz Cabbarov 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə görə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyəni seminar iştirakçılarına təqdim edib.



Müzakirələrdə Ağdam rayon 33 nömrəli köçkün tam orta məktəbinin müəllimi M.Muradov, Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin müəllimi A.Rəhimova, Ş.Əmrahov, Hədəf (STEM mərkəzli təhsil) liseyinin müəllimi Z.Əliyev və b. qeyd və təkliflərini bildiriblər.

Qeyd edilmiş fikirlər “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək metodik tövsiyənin hazırlanmasında nəzərə alınacaq.

Növbəti seminarda (5 dekabr 2019-cu il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 6-cı sinif üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərindəki uyğunsuzluqlara dair müzakirə aparılacaq. 


Back to News