Xəbərlərs

28.11.2019

Tarix fənni üzrə hazırlıq kursu

28 noyabr 2019-cu il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 7-ci məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi aparılıb. Kurs iştirakçıları – Zəngilan rayonu 32 nömrəli tam orta məktəbin müəllimi M.Həmzəyeva, Laçın rayonu Ağoğlan kənd tam orta məktəbinin müəllimi Ü.Əşrəfova, B.Əlizadə hazırladıqları referatları təqdim ediblər. Moderator H.Cabbarov və digər kurs iştirakçıları referatlarla bağlı öz fikirlərini bildiriblər.



Məşğələnin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Növbəti məşğələ 21 noyabr 2019-cu il tarixində, saat 12:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News