Xəbərlərs

29.11.2019

Riyaziyyat fənni üzrə hazırlıq kursu

29 noyabr 2019-cu il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə hazırlıq kursunun 7-ci məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.


Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb. Kurs iştirakçıları – Rəsmiyyə Əhmədova, Rəşid Eyniyev, Qubadlı rayonu Xanlıq kənd tam orta məktəbin müəllimləri Kəmalə Cəmilbəyli və Gülzar Cəmilbəyli hazırladıqları ev tapşırıqlarını təqdim ediblər. Moderator və digər kurs iştirakçıları tapşırıqlarla bağlı öz fikirlərini bildiriblər.



Məşğələnin gedişi zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Növbəti məşğələ 6 dekabr 2019-cu il tarixində, saat 11:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News