Xəbərlərs

29.11.2019

Coğrafiya fənni üzrə hazırlıq kursu

29 noyabr 2019-cu il tarixində coğrafiya fənni üzrə hazırlıq kursunun 7-ci məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. 


Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb. Kurs iştirakçıları “Tərəqqi” liseyinin müəllimi S. Quliyeva, BDU-nun magistrantı G. İsalı, S. Rəsulova
hazırladıqları ev tapşırıqlarını təqdim ediblər. Moderator və digər kurs iştirakçıları tapşırıqlarla bağlı öz fikirlərini bildiriblər.

 

Məşğələnin gedişi zamanı müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.

 Növbəti məşğələ 6 dekabr 2019-cu il tarixində, saat 08:30-da (ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.

 


Back to News