Xəbərlərs

29.11.2019

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

29 noyabr 2019-cu il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində coğrafiya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 7 iyul 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı olub.

Seminarın rəhbəri c.e.d., prof. F. İmanov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün Bakı şəhəri 2 nömrəli texniki humanitar liseyinin müəllimi Ş. Hüseynliyə söz verib.

 

Ş. Hüseynli hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.

 

Seminarda 11 tapşırıq (A variantından 41-51 saylı, B variantından 31, 36, 39, 40, 41, 44, 45, 47, 48, 50, 51 saylı qapalı tipli test tapşırıqları) müzakirə edilib.

 

AMEA-nın şöbə müdiri c.e.d. Z. Eminov, BDU-nun dosenti p.ü.f.d. N. Seyfullayeva, BDU-nun müəllimi c.ü.f.d. Ş. Hümbətova, Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi M. Eyyubova, Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi X. Nəbiyeva, Bakı şəhəri 48 nömrəli tam orta məktəbin müəllimi S. Yolçuyeva və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.

 

 Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Növbəti seminarda (6 dekabr 2019-cu il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.

 


Back to News