Xəbərlərs

02.12.2019

İngilis dili fənni üzrə hazırlıq kursu

2 dekabr 2019-cu il tarixində ingilis dili fənni üzrə hazırlıq kursunun 6-cı məşğələsi keçirilib. 

  
Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. 

  
Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb.
Kurs iştirakçıları – Bakı şəhəri 327 nömrəli tam orta məktəbin müəllimi Nigar Muradova və “Gənc İstedadlar Liseyi”nin müəllimi Sevinc Mənsimzadə hazırladıqları ev tapşırıqlarını təqdim ediblər. 

 

Moderator və digər kurs iştirakçıları tapşırıqlarla bağlı öz fikirlərini bildiriblər. 


Məşğələnin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 


Növbəti məşğələ 9 dekabr 2019-cu il tarixində, saat 09:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək. 


Back to News