Xəbərlərs

02.12.2019

İngilis dili fənni üzrə elmi-metodiki seminar

2 dekabr 2019-cu il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənnindən elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələ
ümumtəhsil müəssisələrində qüvvədə olan 5-ci və 6-cı sinif dərsliklərindəki ziddiyyətli məqamlar və uyğunsuzluqların müzakirəsi olub. 

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Bakı şəhəri 282 №-li tam orta məktəbin müəllimi G.Həsənova 5-ci sinif; 286 №-li tam orta məktəbin müəllimi Nüşabə Səfərova isə 6-cı sinif “English” dərsliklərindəki ziddiyyətli məqamlar barədə təqdimatla çıxış ediblər.

Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Növbəti seminarda (9 dekabr 2019-cu il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.  


Back to News