Xəbərlərs

02.12.2019

Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar

2 dekabr 2019-cu il tarixində saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənnindən elmi metodiki seminar keçirilib.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ 7 aprel 2019-cu tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.
Azərbaycan dili fənni üzrə seminarın rəhbəri f.ü.f.d. prof. T.Hacıyev imtahanda istifadə olunmuş tapşırıqların təqdim olunması üçün Bakı şəhəri 299 nömrəli məktəb-liseyin müəllimi Nuriyyə Verdiyevaya söz verib.



Müzakirələrdə Bakı Dövlət Universitetinin Azərbaycan Dilçilk kafedrasının baş müəllimi Təranə İsmayılova, müstəqil ekspert Hidayət Allahverdi, Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.



Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (9 dekabr 2019-cu il tarixində, saat 13:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) tapşırıqların elmi-metodiki baxımdan təhlili davam etdiriləcək.


Back to News