Xəbərlərs

20.12.2019

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

20 dekabr 2019-cu il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib və daha sonra tapşırıqları müzakirəyə təqdim etmək üçün Z.Əliyeva adına liseyin müəllimi S.Məsimovaya söz verib. 



S.Məsimova 19 may 2019-cu il tarixli qəbul imtahanında istifadə edilmiş tapşırıqların aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib. Onun təqdimatında 12 tapşırıq (A variantında 1-12, B variantında isə 2, 4-7, 10-12, 16, 17, 20, 21 saylı tapşırıqlar) müzakirə edilib.

Müzakirələrdə f-r. e.n. N.Kərimli, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin müəllimi M.Həmişəyeva, AMEA-nın elmi işçisi P.Bayramov və b. qeyd və təkliflərini bildiriblər. 

 

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (27 dekabr 2019-cu il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News