Xəbərlərs

20.12.2019

Hazırlıq kurslarının fəaliyyəti haqqında məlumat

16 oktyabr – 16 dekabr 2019-cu il tarixlərində Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, ingilis dili və tarix fənlərindən keçirilmiş hazırlıq kursları fəaliyyətini başa çatdırıb

Hazırlıq kurslarında müvafiq fənn kurikulumunun mahiyyəti, strukturu, buraxılış və qəbul imtahanlarında yoxlanılması, qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilmiş, yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya, mənbə, mətn tapşırıqlarının və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar dinlənilib. Kurs iştirakçılarının hazırladığı ev tapşırıqları müzakirə edilib və sonda kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər.

Bakı şəhərində keçirilən kurslarda 213 nəfər iştirak edib. Yaxın vaxtlarda müdavimlərə kursu bitirmələri haqqında sertifikatlar təqdim ediləcək.

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.


Back to News