Xəbərlərs

24.12.2019

Kimya fənni üzrə elmi-metodiki seminar

24 dekabr 2019-cu il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif “Kimya” dərsliyinin müzakirəsi olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarın rəhbəri k.ü.f.d. V. Əliyev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, 7-ci sinif üçün “Kimya” dərsliyini müzakirəyə təqdim etmək üçün k.ü.f.d. N. Qasımovaya söz verib.


Müzakirələrdə AMEA-nın əməkdaşları k.e.d. M. Abbasov, b.e.n. T. Güləliyev, k.ü.f.d. S. Hüseynova, BDU-nun professoru, k.e.d. X. Nağıyev və b. qeyd və təkliflərini bildiriblər.

Növbəti seminarda (7 yanvar 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 8-ci sinif “Kimya” dərsliyinin müzakirəsi aparılacaq. 


Back to News