Xəbərlərs

25.12.2019

Rus dili fənni üzrə elmi-metodiki seminar

25 dekabr 2019-cu il tarixində, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənnindən elmi-metodiki seminar keçirilib.    

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 5
-ci sinif “Русский язык dərsliyindəki ziddiyyətli məqamlar və uyğunsuzluqların müzakirəsi olub.    

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Bakı şəhəri Texniki-humanitar liseyin müəllimi V.Sırovkina 5-ci sinif “Русский язык dərsliyindəki ziddiyyətli məqamlar barədə təqdimatla çıxış edib.

Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Növbəti seminarda (8 yanvar 2020-ci il tarixində, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 6-cı sinif “Русский языкdərsliyinin müzakirəsi aparılacaq.  


Back to News