Xəbərlərs

26.12.2019

Biologiya fənni üzrə elmi-metodiki seminar

26 dekabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.


Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “Biologiya” dərsliyinin müzakirəsi olub.
Seminarın rəhbəri b.e.n. T. Məmmədxanlı gündəlik məsələ barədə məlumat verib və 8-ci sinif üçün “Biologiya” dərsliyini müzakirəyə təqdim etmək üçün Bakı şəhəri 71 nömrəli tam orta məktəbin müəllimi Zərifə Cəfərovaya söz verib.

Müzakirələrdə AMEA-nın əməkdaşı b.e.n. Y. Seyidli, Bakı şəhəri 160 nömrəli klassik gimnaziyanın müəllimi N. Əliyeva, H.Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi S. Bayramova və b. dərsliklə bağlı fikirlərini bildiriblər.


Növbəti seminarda (9 yanvar 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News