Xəbərlərs

27.12.2019

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

27 dekabr 2019-cu il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində coğrafiya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Seminarın gündəlik məsələsi 9-cu sinif üçün “Coğrafiya” dərsliyinin müzakirəsi olub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistləri və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Şöbə müdiri A. Batıyeva seminar iştirakçılarını salamlayaraq qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Seminarın işinə uğurlar arzuladı.

Seminar rəhbəri c.e.d. prof. F.İmanov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. Daha sonra dərsliyi müzakirəyə təqdim etmək üçün Ə. Həsənova söz verdi.

Müzakirələrdə AMEA-nın şöbə müdiri, c.e.d. Z. Eminov, BDU-nun müəllimi c.ü.f.d. Ş. Hümbətova, Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi M. Eyyubova, Bakı şəhəri 276 nömrəli tam orta məktəbin müəllimi Ç. Balaxanov, Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Ş. İskəndərova və b. qeyd və təkliflərini bildiriblər.


Müzakirələr nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyənin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

Növbəti seminarda (10 yanvar 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 9-cu sinif  “Coğrafiya” dərsliyindəki uyğunsuzluqlara dair müzakirənin davamı olacaq.


Back to News