Xəbərlərs

27.12.2019

Fənlər üzrə növbəti elmi-metodiki seminarlar keçirilib

24 - 27 dekabr 2019-cu il tarixlərində kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirilib.


Kimya fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif “Kimya” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.


Fizika fənni üzrə seminarda 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə I və IV ixtisas qrupu üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların statistik göstəricilər üzrə müqayisəli təhlili aparılıb.


Rus dili fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 5-ci sinif “Русский язык” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.


Biologiya fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “Biologiya” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.


Tarix fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 8 və 10-cu siniflər üçün “Ümumi tarix”, həmçinin “Azərbaycan tarixi” dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.


Coğrafiya fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “Coğrafiya” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.



Riyaziyyat fənni üzrə seminarda 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların təhlili aparılıb.


Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.

Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər. 

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.


Back to News