Xəbərlərs

07.01.2020

Kimya fənni üzrə elmi-metodiki seminar

7 yanvar 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “Kimya” dərsliyinin müzakirəsi olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

B.e.n. T. Güləliyev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, 8-ci sinif  “Kimya” dərsliyini müzakirəyə təqdim etmək üçün BDU-nun professoru, k.e.d. X. Nağıyevə söz verib. 

 

Müzakirələrdə "Dünya məktəbi"nin müəllimi S. Yusifova, k.ü.f.d. N. Qasımova və b. qeyd və təkliflərini bildiriblər.

Növbəti seminarda (14 yanvar 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 9-cu sinif “Kimya” dərsliyinin müzakirəsi aparılacaq. 


Back to News