Xəbərlərs

08.01.2020

Fizika fənni üzrə elmi-metodiki seminar

8 yanvar 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənnindən növbəti elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə görə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyənin müzakirəsi olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri M. Musayev metodik tövsiyəni müzakirə üçün seminar iştirakçılarına təqdim edib. 



Müzakirələrdə AMEA-nın əməkdaşı f.ü.f.d. V. Tanrıverdiyev, ADPU-nun dosenti, f-r.e.n. A. Allahverdiyev, Zərifə Əliyeva adına liseyin müəllimi S. Həmidov və b. tapşırıqlarla bağlı qeyd və təkliflərini bildiriblər. 


Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər nəzərə alınmaqla metodik tövsiyə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Növbəti seminarda (15 yanvar 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News