Xəbərlərs

08.01.2020

Rus dili fənni üzrə elmi-metodiki seminar

8 yanvar 2020-ci il tarixində, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənnindən elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “Русский язык” dərsliyindəki ziddiyyətli məqamlar və uyğunsuzluqların müzakirəsi olub. 

 

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.

Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi N.Drepina 6-cı sinif “Русский язык” dərsliyindəki ziddiyyətli məqamlar barədə təqdimatla çıxış edib.
Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

  

Növbəti seminarda (15 yanvar 2020-ci il tarixində, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 7-ci sinif “Русский язык”dərsliyinin müzakirəsi aparılacaq.


Back to News