Xəbərlərs

09.01.2020

Biologiya fənni üzrə elmi-metodiki seminar

9 yanvar 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “Biologiya” dərsliyinin müzakirəsi olub.

Seminarın rəhbəri b.e.n. T. Məmmədxanlı gündəlik məsələ barədə məlumat verib və 8-ci sinif “Biologiya” dərsliyini müzakirəyə təqdim etmək üçün Bakı şəhəri 71 nömrəli tam orta məktəbin müəllimi Z. Cəfərovaya söz verib.


Müzakirələrdə AMEA-nın əməkdaşı b.e.n. T. Heybətov, Bakı şəhəri 191 nömrəli tam orta məktəbin müəllimi R. Əliyeva, Bakı Avropa Liseyinin müəllimi K. Ələsgərova və b. dərsliklə bağlı fikirlərini bildiriblər.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.


Növbəti seminarda (16 yanvar 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 9-cu sinif üçün “Biologiya” dərsliyinin müzakirəsi aparılacaq.


Back to News