Xəbərlərs

09.01.2020

Tarix fənni üzrə elmi-metodiki seminar

9 yanvar 2020-ci il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı, Xırdalan və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.


Gündəlik məsələ 9 və 11-ci siniflər üçün “Azərbaycan tarixi” dərslikləri arasında uyğunsuzluqlara dair müzakirə olub.

Seminarın rəhbəri t.ü.f.d. K.Məmmədov seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib və dərsliklərdəki uyğunsuzluqları müzakirəyə təqdim etmək üçün Bakı şəhəri 102 nömrəli tam orta məktəbin müəllimi R.Rzayev, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Ş.Verdiyeva və Laçın şəhəri 7 nömrəli tam orta məktəbin müəllimi M.Vəliyevə söz verib.


Müzakirələrdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları F.Babayev, Ə. Bədəlov, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi A.Aydın, AMEA Tarix İnstitutunun əməkdaşı R.Cəfərova və b. qeyd və təkliflərini bildiriblər.

Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

Növbəti seminarda (16 yanvar 2020-ci il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 9 və 11-ci siniflər üçün “Ümumi tarix” dərslikləri arasında uyğunsuzluqlara dair müzakirə aparılacaq.


Back to News