Xəbərlərs

10.01.2020

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

10 yanvar 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən növbəti elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov gündəlik məsələ barədə məlumat verib və daha sonra tapşırıqları müzakirəyə təqdim etmək üçün Z.Əliyeva adına liseyin müəllimi S.Məsimovaya söz verib.


S.Məsimova 19 may 2019-cu il tarixli qəbul imtahanında istifadə edilmiş tapşırıqların aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib. Onun təqdimatında 10 tapşırıq (A variantında 21,22 saylı qapalı, 23-27 saylı cavabı kodlaşdırıla bilən açıq (hesablama, uyğunluğun müəyyən edilməsi tipli) və cavabının yazılı şəkildə verilməsi tələb olunan situasiya tapşırıqları, B variantında isə 3, 18, 23-30 saylı tapşırıqlar) müzakirə edilib. 


Müzakirələrdə f-r. e.n. N.Kərimli, Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi A.Cümşüdov, AMEA-nın elmi işçisi P.Bayramov, Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin müəllimi A.Quliyeva və b. qeyd və təkliflərini bildiriblər.

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (17 yanvar 2020-cu il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News