Xəbərlərs

13.01.2020

İngilis dili fənni üzrə elmi-metodiki seminar

13 yanvar 2020-ci il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənnindən elmi-metodiki seminar keçirilib.    

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 9
-cu sinif dərsliyindəki ziddiyyətli məqamlar və uyğunsuzluqların müzakirəsi olub.    

Seminarda Bakı  şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Bakı şəhəri 82 nömrəli tam orta məktəbin müəllimi T.Hüseynova 9-cu sinif “English” dərsliyindəki ziddiyyətli məqamlar barədə təqdimatla çıxış edib.

Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Növbəti seminarda (27 yanvar 2020-ci il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 10-cu sinif “English” dərsliyinin müzakirəsi aparılacaq. 


Back to News