Xəbərlərs

30.12.2019

Ədəbiyyat fənni üzrə elmi-metodiki seminar

30 dekabr 2019-cu il tarixdə saat 13:30-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat fənnindən elmi metodiki seminar keçirilib.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ
19 may 2019-cu il tarixdə III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında ədəbiyyat fənnindən istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. 

 

Seminarın rəhbəri f.ü.e.d. A.Mirzəyev imtahanda istifadə olunmuş tapşırıqları təqdim edib.

Müzakirələrdə  Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov, müstəqil ekspert Hidayət Allahverdi və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər. 

 

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. 

 Növbəti seminarda (13 yanvar 2020-ci il tarixdə, saat 13:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ali təhsil müəssisələrinə qəbul imtahanında ədəbiyyat fənnindən istifadə olunmuş tapşırıqların elmi-metodiki baxımdan təhlili davam etdiriləcək.  


Back to News