Xəbərlərs

13.01.2020

Ədəbiyyat fənni üzrə elmi-metodiki seminar

13 yanvar 2020-ci il tarixdə saat 13:30-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat fənnindən elmi metodiki seminar keçirilib.

Seminarda Bakı
və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ
07 iyul 2019-cu il tarixdə III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında ədəbiyyat fənnindən istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. 

Seminarın rəhbəri f.ü.e.d. A.Mirzəyev imtahanda istifadə olunmuş tapşırıqları təqdim etmək üçün Bakı şəhəri 299 nömrəli məktəb-liseyin müəllimi Verdiyeva Nuriyyəyə söz verib.

Müzakirələrdə 200 saylı məktəb-lisey kompleksinin müəllimi Sarıbəyli Həbibə, Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov, 281 nömrəli tam orta məktəbin müəllimi Osmanova Flora və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.  

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. 

Növbəti seminarda (27 yanvar 2020-cu il tarixində, saat 13:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 7 iyul 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - III ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş Azərbaycan dili üzrə tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News