Xəbərlərs

14.01.2020

Kimya fənni üzrə elmi-metodiki seminar

14 yanvar 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “Kimya” dərsliyinin müzakirəsi olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

 

Seminarın rəhbəri k.ü.f.d. V. Əliyev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, 9-cu sinif “Kimya” dərsliyini müzakirəyə təqdim etmək üçün AMEA-nın əməkdaşı k.e.d. M. Abbasova və Bakı şəhəri 264 nömrəli tam orta məktəbin müəllimi R. Xudiyevaya söz verib.


Müzakirələrdə AMEA-nın əməkdaşı t.e.n. S. Yunusov, k.ü.f.d. S. Hüseynova, "Dünya məktəbi"nin müəllimi S. Yusifova və b. qeyd və təkliflərini bildiriblər.

Növbəti seminarda (21 yanvar 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 10-cu sinif “Kimya” dərsliyinin müzakirəsi aparılacaq. 


Back to News