Xəbərlərs

05.02.2020

Rus dili fənni üzrə elmi-metodiki seminar

5 fevral 2020-ci il tarixində, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənnindən elmi-metodiki seminar keçirilib.    

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Русский язык” dərsliyindəki ziddiyyətli məqamlar və uyğunsuzluqların müzakirəsi olub. 

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.

Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi V.Sırovkina 11-ci sinif “Русский язык” dərsliyindəki ziddiyyətli məqamlar barədə təqdimatla çıxış edib.    
Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (4 fevral 2020-ci il tarixində, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News