Xəbərlərs

06.02.2020

Biologiya fənni üzrə hazırlıq kursu

6 fevral 2020-ci il tarixində biologiya fənni üzrə hazırlıq kursunun 4-cü məşğələsi keçirilib.

Məşğələnin mövzusu “Tapşırıqların qiymətləndirmə meyarları” haqqında olmuşdur.
Mövzu ilə bağlı fənn üzrə moderator Nailə Əliyeva təqdimatla çıxış edib. 

 

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər iştirak ediblər.

Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Növbəti məşğələ 13 fevral 2020-ci il tarixində, saat 08:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News