Xəbərlərs

06.02.2020

Tarix fənni üzrə hazırlıq kursu

6 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 4-cü məşğələsi keçirilib.

Məşğələdə “Tapşırıqların qiymətləndirmə meyarları” haqqında təqdimat nümayiş edilib.


Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər və magistrlər iştirak ediblər.

Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Növbəti məşğələ 13 fevral 2020-ci il tarixində, saat 12:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News