Xəbərlərs

07.02.2020

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

7 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən növbəti elmi-metodiki seminar keçirilib.
Seminarda Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ 7 iyul 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov gündəlik məsələ barədə məlumat verib və daha sonra tapşırıqları müzakirəyə təqdim etmək üçün f.-r.e.n. N.Kərimliyə  söz verib. 



N.Kərimli 7 iyul 2019-cu il tarixli qəbul imtahanında istifadə edilmiş tapşırıqların aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib. Onun təqdimatında 10 tapşırıq (A variantında 1-10, B variantında isə 3, 5-7, 15, 17, 18, 20-22 saylı tapşırıqlar) müzakirə edilib.

Müzakirələrdə Milli Aviasiya Akademiyasının dosenti Ə.Yaqubov, AMEA-nın elmi işçisi P.Bayramov, Bakı şəhəri 210 nömrəli məktəbin müəllimi X.Əlimərdanova və b. qeyd və təkliflərini bildiriblər.
 
  

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (14 fevral 2020-ci il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News