Xəbərlərs

07.02.2020

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

7 fevral 2020-ci il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində coğrafiya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistləri və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarın gündəlik məsələsi ümumtəhsil məktəblərində qüvvədə olan 6-11 siniflər üçün coğrafiya dərslikləri üzrə “Biosfer” bölməsinin müzakirəsi olub.

C.e.d. Z. Eminov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. Daha sonra müzakirəni davam etdirmək üçün Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi M. Eyyubovaya söz verdi.

Bakı şəhəri 59 nömrəli tam orta məktəbin müəllimi N. Hüseynova, Bakı şəhəri 48 nömrəli tam orta məktəbin müəllimi S. Yolçuyeva, Qubadlı rayonu, Xanlıq kənd 1 saylı tam orta məktəbinin müəllimi H. Orucova, Bakı şəhəri 51 nömrəli tam orta məktəbin müəllimi M. Məcidov və b. qeyd və təkliflərini bildiriblər.

Müzakirələr nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyənin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

Növbəti seminarda (14 fevral 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 6-11 siniflər coğrafiya dərslikləri üzrə “Hidrosfer” bölməsinin müzakirəsi olacaq. 


Back to News