Xəbərlərs

10.02.2020

İngilis dili fənni üzrə elmi-metodiki seminar

10 fevral 2020-ci il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənnindən elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələ “Designing test items” adlı təqdimatın müzakirəsi olub. DİM-in Strateji inkişaf şöbəsinin baş məsləhətçisi V.Ələkbərova təqdimatla çıxış edib.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi G.Həsənova, 286 nömrəli tam orta məktəbin müəllimi N.Səfərova, E.Qabulova və Z.Orucova gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Növbəti seminarda (17 fevral 2020-ci il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News