Xəbərlərs

10.02.2020

Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar

10 fevral 2020-ci il tarixdə saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənnindən elmi metodiki seminar keçirilib.


Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ DİM-in hazırladığı “Azərbaycan dili – 5” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.
Seminarın rəhbəri f.ü.e.d. Tofiq Hacıyev kitabça haqqında fikir və təkliflərini təqdim etmək üçün Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi Nəriman Abdulova söz verib.


Müzakirələrdə Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov, müstəqil ekspert Hidayət Allahverdi, Sumqayıt Dövlət Universitetinin müəllimi Elşad Əliyev və b. kitabça ilə bağlı fikirlər bildirib, təkliflər veriblər. 
  

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınacaq. 

Növbəti seminarda (17 fevral 2020-ci il tarixində, saat 13:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) “Azərbaycan dili – 6” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.


Back to News