Xəbərlərs

11.02.2020

Kimya fənni üzrə elmi-metodiki seminar

11 fevral 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ yeni tipli tapşırıqların hazırlanması və tapşırıqların qiymətləndirmə meyarları haqqında olub. 



Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarın rəhbəri k.ü.f.d. V. Əliyev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verdi. Daha sonra k.e.d., prof. Xəlil Nağıyev təqdimatla çıxış etdi.


Müzakirələrdə Bakı şəhəri 121 nömrəli tam orta məktəbin müəllimi İ.Azadəliyeva, Ağcabədi rayonu Taynaq tam orta məktəbin müəllimi T. Əhmədli və b. qeyd və təkliflərini bildiriblər.

Növbəti seminarda (18 fevral 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News