Xəbərlərs

12.02.2020

Fizika fənni üzrə elmi-metodiki seminar

12 fevral 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “Fizika” dərsliyinin müzakirəsi olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

 

F.ü.f.d. Ə. Rəcəbli seminarı açıq elan edərək 9-cu sinif “Fizika” dərsliyini müzakirəyə təqdim etdi.
Müzakirələrdə Zərifə Əliyeva adına liseyin müəllimi S. Həmidov, M.Muradov və b. qeyd və təkliflərini bildiriblər.

Növbəti seminarda (19 fevral 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 10-cu sinif “Fizika” dərsliyinin müzakirəsi aparılacaq.


Back to News