12.02.2020
Rus dili fənni üzrə elmi-metodiki seminar
12 fevral 2020-ci il tarixdə saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənnindən elmi metodiki seminar keçirilib.
Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.
Gündəlik məsələ DİM-in hazırladığı “Русский язык – 5” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.
Seminarın rəhbəri V.Ələkbərova kitabça haqqında fikir və təkliflərini təqdim etmək üçün Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi V.Sırovkinaya söz verib.
Seminar iştirakçıları kitabça ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.
Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınacaq.
Növbəti seminarda (19 fevral 2020-ci il tarixində, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) “Rus dili – 6” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.
Back to News