Xəbərlərs

13.02.2020

Tarix fənni üzrə elmi-metodiki seminar

13 fevral 2020-ci il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.


Gündəlik məsələ dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə hazırlanmış tövsiyənin müzakirəsi olub.

Heydər Əliyev adına liseyin müəllimi H.Cabbarov gündəlik məsələ barədə məlumat verib və dərsliklərdəki uyğunsuzluqları müzakirəyə təqdim edib.

Müzakirələrdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Ə.Bədəlov, F.Babayev, Akademik Zərifə Əliyeva adına liseyin müəllimi P.Ağalarov və b. qeyd və təkliflərini bildiriblər. 

 

Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

Növbəti seminarda (20 fevral 2020-ci il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News