Xəbərlərs

13.02.2020

Tarix fənni üzrə hazırlıq kursu

13 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 5-ci məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.


Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi aparılıb. Kurs iştirakçıları – N. Əzizzadə və 67 nömrəli tam orta məktəbin müəllimi S.İmanova hazırladıqları referatları təqdim ediblər. Moderator H.Cabbarov və digər kurs iştirakçıları referatlarla bağlı öz fikirlərini bildiriblər.

Məşğələnin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Növbəti məşğələ 20 fevral 2020-ci il tarixində, saat 12:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News