Xəbərlərs

14.02.2020

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

14 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 



Əvvəlcə seminar iştirakçıları uzun illər ərzində DİM-lə əməkdaşlıq edən ekspert, BDU-nun dosenti, “Əməkdar müəllim” İmran Abdullayevin 70 illik yubileyi münasibəti ilə təbrik ediblər. 

  

Gündəlik məsələ “Açıq sualların tərtibi və meyarların beynəlxalq standartlara uyğunlaşdırılması” adlı təqdimatın müzakirəsi olub. Oxbridge Akademiyasının riyaziyyat departamentinin müdiri N.Maqsudova təqdimatla çıxış edib. 


Müzakirələrdə MAA-nın dosenti Ə.Yaqubov, f.-r.e.n. N.Kərimli, Z.Əliyeva adına liseyin müəllimi M.Mikayılov, H.Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi V.Sərdarov, Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi A.Cümşüdov və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.

Növbəti seminarda (21 fevral 2020-ci il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News