Xəbərlərs

17.02.2020

İngilis dili fənni üzrə elmi-metodiki seminar

17 fevral 2020-ci il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənnindən elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələ “Designing test items” adlı təqdimatın müzakirəsi olub. DİM-in Strateji inkişaf şöbəsinin baş məsləhətçisi V.Ələkbərova təqdimatla çıxış edib.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Bakı şəhəri “Ekoloji lisey”in müəllimi M.Məcidova, ADİU-nun baş müəllimi S.Mehdiyeva, 282 nömrəli tam orta məktəbin müəllimi G.Həsənova və 286 nömrəli tam orta məktəbin müəllimi N.Səfərova gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Növbəti seminarda (24 fevral 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News