Xəbərlərs

17.02.2020

Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar

17 fevral 2020-ci il tarixində saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənnindən elmi-metodiki seminar keçirilib.


Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ DİM-in hazırladığı “Azərbaycan dili – 6” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.

Kitabça haqqında fikir və təkliflərini təqdim etmək üçün Sumqayıt Dövlət Universitetinin müəllimi Elşad Əliyevə söz verilib.

Müzakirələrdə Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov, müstəqil ekspert Hidayət Allahverdi, DİM-in baş məsləhətçisi Sevinc Hacıyeva və b. kitabça ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (24 fevral 2020-ci il tarixində, saat 13:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) “Azərbaycan dili – 7” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.


Back to News