Xəbərlərs

18.02.2020

Kimya fənni üzrə elmi-metodiki seminar

18 fevral 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ DİM-in hazırladığı “Kimya – 10” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 



BDU-nun professoru, k.e.d. X. Nağıyev kitabça haqqında fikir və təkliflərini təqdim etmək üçün k.ü.f.d. N. Qasımovaya söz verib.
Müzakirələrdə k.ü.f.d. S. Hüseynova, Bakı Modern Məktəbinin müəllimi N. Ələkbərova və b. qeyd və təkliflərini bildiriblər.

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (25 fevral 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) “Kimya – 7” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.


Back to News